IT Team tərəfindən göndərildi | İyun 17, 2010

Ağdərə Rayonu !

İşğal tarixi 07.07.1993

Ağdərə rayonu 1930-cu ildə təşkil edilmişdir.Sahəsi 1705 kv.km əhalisi 44.4 min nəfər olmuşdur.İşğaldan əvvəl rayonda 2 şəhər tipli qəsəbə, 57 kənd var idi.Mərkəzi şəhər tipli Ağdərə qəsəbəsidir.

İşğaldan əvvəl:

62 klub;
51 kitabxana;
30 orta məktəb;
27 məktəbə qədər müəssisə;
7 xəstəxana;
1 texniki peşə məktəbi;

Hazırda Ağdərə rayonunun məcburi köçkünləri Azərbaycanının müxtəlif şəhər və rayonlarında məskunlaşmışdır.

Düşmən tapdağı altında qalmış ziyarətgah:
Ulduztəpə piri – rayon mərkəzindən 10 km aralı.

Davamını oxu…

Advertisements
Admin tərəfindən göndərildi | May 1, 2010

“KOLANI” QISASÇI TƏŞKILATI

 

“KOLANI” QISASÇI TƏŞKILATI. Bu təşkilat hökumət biganəliyinin yaratdığı boşluğu doldurmaq və kənd cavanlarını birləşdirmək məqsədiylə yaranmışdı. Əsas təşkilatçı və rəhbəri Xatınbəyli kənd orta məktəbinin direktoru, şəhid atası, “Azərbaycan Bayrağı” ordeniylə təltif olunan qəhrəman A. Sarıkişiyevin atası Vaqif İbrahim oğlu Sarıkişiyev idi. Təşkilat 100-ə qədər şəxsi birləşdirərək erməniləri daim vahimə altında saxlayırdı. Onun  əsas planlarını Aliyev Möhü, Həsənov İsmayıl və Həsənov Rəfayıl qardaşları hazırlayıb həyata keçirirdilər. İsmayıl Həsənov 21 gün ermənilərin işgəncələrinə məruz qalan ilk Azərbaycanlı idi. Onu xüsusi bir erməni dəstəsi günlərlə izləyib tutmuşdu və bu gün fəxrlə demək olar ki, Azərbaycanda ikinci bir adam tapmaq olmaz ki, onun qədər düşmənə zərbə vursun. İstər texnika, istər canlı qüvvəsini məhv etsin. Əfsuslar olsun ki, Əlahiddə kəşfiyyat rotasının komandiri olmuş bu şəxsi mükafatlandırmaq əvəzinə, dəfələrlə təzyiqlərə məruz qoymuşlar. İstərsə də Vətən yolunda öz doğma balasına qıymış Vaqif Sarıkişiyevin özü, nə də yaratdığı təşkilast layiq olduğu adla mükafatlandırılmayıb. Ağdərə Azərbaycanlı kəndlərinin işğalından sonra da silahı yerə qoymayan bu təşkilat, məhz Ağdamda Əlahiddə kəşfiyyat rotası kimi fəaliyyətinin davam etdirmiş və Ağdərənin azad olunmasında daim ön dəstədə olmuşlar.

Davamını oxu…

IT Team tərəfindən göndərildi | May 1, 2010

AĞDƏRƏDƏ NƏLƏR OLDU?

AĞDƏRƏDƏ NƏLƏR OLDU? Ağdərə Azərbaycanlılarının həm əsrin əvvəllərində, həm də indi Azərbaycan başbilənlərinin günahları böyükdür. Əsrin əvvəllərində dəfələrlə əldən-ələ keçmiş və dörd dəfə yandırılmış bu kəndlər 1922-ci ilin mart günlərində, 1905-ci ilin oktyabr. Noyabr günlərindəki qədər köməksiz və baxımsız olmuşdur. Xatırlatsaq ki, 1905-ci ildə heç bir hakimiyyət orqanımız olmayıb, onda 1922-ci il faciəsinin böyülklüyünü təsəvvür etmək mümkünsüz olar. M.S.Ordubadi “Qanlı illər” kitabında yazırdı: “3-cü sahədə islam göyləri… Dəmirli, Hacıqərvənd, Çıraqlı, Ümidli, İmarət-Qərvənd, Göynəpay, (Güneypəyə – X.P.), Əliağalı (Ağdam rayonu), Şəxavənd (Qalayçılar – X.P.), Sırxavənd, İsmayılbəyli, kimi dağlıq göylərindən ibarətdir ki, Kolanlar (kolanılar – X.P.) adlandırılmışdır”.

Davamını oxu…

IT Team tərəfindən göndərildi | May 1, 2010

SON DÖYÜŞ

SON DÖYÜŞ. 12 mart 1992-ci il Manikli-Sırxavənd cinahlarından və “Sığnaq” yaylasında ağır texniki və on minlik qüvvə ilə hücuma keçən düşmən səhərə yaxın, yalnız Baş Güneypəyə postunu ələ keçirmiş və yerli qüvvələrin müqaviməti ilə geri atılmışdı. Əsas güc cinahlara verən düşmənin saat 10-dək 11 zirehli texnikası mina sahəsində partlamış onlarla əsgəri məhv edilmişdi. Əsir ermənilərin dediyinə və erməni qərargahlarının Xankəndinə verilən radioqramlarında (Ağdam da bu məlumat qərargahda saxlanılırdı) aydın olmuşdu ki, düşmən 268 nəfər canlı qüvvə və 11 zirehli texnika itirmiş və bütün mövqelərdən yerli özünümüdafiə dəstələrinin gücü ilə vurulub çıxarılmışdı. Sırxavənd cinahının yarılması başqa kəndlərin mühasirəsi həlqəsini daraltsa da kəndlər 14 saat müddətində çarpışaraq düşməni kəndə buraxmamış, lakin arxadan kömək gəlmədiyi və axşam düşdüyü üçün mövqeləri tərk etməyə məcbur olmuşdu. Ermənilərin bu döyüşdə böyük itki verməsini 14 martda Yerevanda, Qarabağda gedən müharibə əleyhinə olan nümayişlər sə sübut edir. Xatırladırıq ki, ermənilər yalnız bu zaman müharibə əleyhinə mitinqə çıxmışdılar. Azərbaycanlılar ilk dəfə düşmənə ağır zərbə vurmağa müvəffəq olmuş, lakin arxadan kömək gəlmədiyi üçün qələbəni başa çatdıra bilməmişdilər. Davamını oxu…

IT Team tərəfindən göndərildi | May 1, 2010

“TARİXƏ QƏHRƏMANLIQ DƏRSİ KEÇƏN UŞAQLAR”

Novruzov Ziya Əvəz oğlu 1974-cü ildə anadan olub. Cəmi 16 yaşı olan Ziya həmişə öndə olub. Dəfələrlə öz dostu Qurbanla qonşu Çıldıran kəndində təxribatlar törədiblər. Yaşlarının az olmasına baxmayaraq bu iki dost istər müdafiə postlarında, istər hücumda kimsədən geri qalmazdılar.

12 mart 1992-ci il hər iki məktəblinin son döyüşü oldu. Düşmənin qabağını saxlayan Ziya bu döyüşdə həlak oldu və bu ölümlə tarixin özünə bir qəhrəmanlıq dərsi keçdi. İndi onun haqqında əfsanəyəbənzər həqiqətlər danışırlar. Rus-sovet pioner və komsomolçularının şişirdilmiş qəhrəmanlıq tarixçəsini öyrənən millətimiz üçün Qurbanın və ziyanın döyüş yolu haqqında öyrənməli, təbdiq etməlidirlər.

Məzarsızdır. Davamını oxu…

IT Team tərəfindən göndərildi | May 1, 2010

XATİRƏLƏRDƏ ƏBƏDİ YAŞAR QƏHRƏMAN

Səməd Ərşad oğlu Fərzəliyev 1961-ci il noyabrın 4-də dünyaya göz açmışdı. Orta məktrəbi bitirəndən sonra Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdu. 1979-cu ildən Monqolustanda hərbi hava qüvvələrində xidmət etmiş, 1981-ci ildə orduda tərxis olunmuş, texnikumda təhsilini başa vurduqdan sonra öz kəndlərində müəllimlik fəaliyyətinə başlamışdı. 1990-cı ildə təhsilini Bakı Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirmişdi. S. Fərzəliyev 1989-cu il avqustun 14-də keçmiş DQMV üzrə təşkilat komitəsinin sədri A.Volskinin əmrinə əsasən general Safovnov tərəfindən həbs edilmişdi. Bəs, Səmədi niyə həbs etmişdilər? O vaxtlar Sırxavənd kəndinin 10 km-də Dovşanlıdakı mərmər zavodu daşnakların mərkəzi qərargahı idi. Erməni quldurlarının Qarabağı işğal planı burada hazırlanırdı. Həmin qərargahı isə Səməd partlatmışdı.

Ağdərədən Xankəndinə gedən yolda ermənilərin maşın karvanının qabağını kəsmiş və avtomobillərinin təkərlərini güllədən keçirmişdi. Bununla da Ağdərə ermənilərinin Xankəndində keçirilən mitinqində iştirak etmək planlarını pozmuşdu. Həmin hadisədən sonra Sırxavənd kəndinə rus ordusu desant tökdü. Lakin Səmədin tutulmasına kənd camaatı imkan vermirdi. Əksinə Səməd desantçılara bələdçilik edən erməniləri gülləbaran etdi. Davamını oxu…

Older Posts »

Kateqoriyalar