IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

ƏBƏDİYYƏTƏ QOVUŞAN ÖMÜR

Həsən Soltan oğlu Cavadov 1956-cı ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Politexnik texnikumunun avtomobil nəqliyyatı fakultəsində təhsil almışdı. Təbiətin çox sadə və mehriban olduğundan uşaq yaşlarından dost-tanışların dərin hörmətini qazanmışdı.

Qarabağın üzərini qara buludlar aldığı ilk gündən Həsən özünə yer tapa bilmirdi. Dəfələrlə Sabunçu rayon hərbi komissarlığına müraciət etmişdi. Amma ona: “Lazım olanda səni çağıracağıq”- demişdilər. Bir neçə dəfə könüllü olaraq cəbhə bölgələrinə öz yük maşını ilə hərbi sursat və lazımi paltarlar, ərzaq aparmışdı. Həsən daima özünü əsgərlər arasında hiss edir, can atırdı ki, Vətənin müdafiəsində dayansın.

Həsənin həyat yoldaşı Məleykə xanımın dediklərindən: “Əvvəllər cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət eləsə sə aparmamışlar. Xocalı qırğınından sonra özünə yer tapmırdı. Yola düşməzdən əvvəl gecə yata bilmədi. İndi üstümüzə iki yorğan örtüb yataqmı?-deyirsiniz. Bu nə kişilikdir ki, arvad-uşaqlarımız düşmən əlində əsir-yesir olub, qızlarımızın namusuna sataşırlar. Səhər tezdən çörək alıb gətirdi və tezdə geri qayıtdı ki, cəbhəyə gedirəm. Qəfil xəbərdən özümüzü itirdik, qohum-əqrəba ilə görüşməyə belə imkan olmadı. Xudahafizləşib yola düşəndə: “Arxayın olun, sağ-salamat qayıdacağam, te-tez zəng vurub, məktub yazacağam” – dedi.

H.Cavadov 1992-ci ilin martında könüllü olaraq Ağdam Cəbhəsinə yola düşdü. Naxçıvanik, Xromord kəndləri uğrunda gedən döyüşlərdə igidliklər göstərdi. Sübh tezdən Əsgəran istiqamətində gedən döyüşdə Həsən idarə etdiyi PDM düşmənə qan uddurdu. Bir neçə erməni quldurunu qanına qəltan etdi, bir düşmən texnikasını heyəti ilə birlikdə məhv etdi. Həsən piyadalarının döyüş maşınını komandiri idi. Onlar döyüşə-döyüşə Əsgərana çatdılar. Erməni postunu dağıtdılar. Kömək olmadığı üçün məcbur oldular ki, geri çəkilsinlər. Bu zaman düşmən mərmisi onların maşınını partlatdı. Bir anda dörd insan ömrü spndü. Onlar dörd cəbhə dostları idi. Həsən Cavadov, Kamal Sabitov, İnşallah Qarayev və İlham Qarayev.

Soltan kimi oğlunun ölümündən sonra Qazax, Goranboy və Ağdərə cəbhə bölgələrində ixtiyar yaşında bir topçu kimi ad-san çıxardı. Bir il səngərlərdə düşmənlə üz-üzə dayandı. Öz topu ilə onlarla erməni quldurunu yavasını dağıtdı.

Həsənin üç körpəsi qaldı. Onun yurdunsa iki oğul, bir qızı böyüyür.

Eldar təzəcə dünyaya gəlmiş oğluna qardaşı Həsənin adını qoyubdur. Bu da talenin işidir.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

nə �7q �� p� nəfər Sırxavəndli quldurların mühasirəsinə düşmüşdü, kəndin baş hissəsində bir neçə ev yandırılıb yerlə-yeksan edilmişdir. Hər ötən dəqiqə 8 nəfər Sırxavəndli döyüşçünün erməni quldurunun ələ keçirəcəyindən və onların qətlə yetirilməsindən xəbər verirdi. Onların patronu tükənmişdi. Mühasirədə qalanlara patron çatdırmağı Seymur öz üzərinə götürür və ağa bürünərək 600 metr məsafəni sürünməyə başlayır. Polis leytenantı Şükran Cəfərovun dediklərindən:

-Adambaşına bir patronumuz qalmışdı. Qərara gəlmişdik ki, içərimizdə hamımızdan yaşca kiçik olan Rizvan Talıboğlu bizi güllələsin. Hər tərəfdən əlaqə kəsilmişdi. Erməni quldurları getdikcə bizə yaxınlaşırdı. Bizim mövqe tutduğumuz evə tərəf ağ geyimdə bir nəfərin sürünməsi diqqətimiz cəlb etdi, əvvəlcə elə başa düşdük ki, quldurlarin növbəti bir hiyləsidir ki, bizi sağ ələ keçirmək istəyirlər. Amma erməni quldurları həmin sürünən adamı gülləbaran edirdi. Həmin adam gah dayanır, gah da bizə tərəf sürünürdü. Bizə lap yaxınlaşanda  tanıdıq ki, Seymurdur. Son anda elə bildik ki, onu vurdular. O, bir müddət yerində qaldı və tez durub özünü evin zirzəmisinə atdı. 8 nəfər bu gün Seymura borcluyuq. O, bizi ölümdən xilas etdi.

Sırxavənd kəndi düşmən əlinə keçdikdən sonra S.Quliyev döyüşçü yolunu Şirin Mirzəyevin komandanlıq etdiyi batalyonda davam etdirir. Çox keçmir ki, öz qorxmazlığı, cəsarəti, döyüşkənliyi və bir təcrübəli kəşfiyyatçı kimi bütün batalyon əsgərlərini hörmətini qazanır. Fərrux, Pircamanl, Xromord, Cinli, Xaçın-Dərbənd, Əliağlı kəndlərində şücaətlər göstərirdi. Daşbaşı yüksəkliyinin alınmasında böyük rol oynadı. İki nəfər girov əsgərimizi xilas etdi. 1992-ci il ilunun 10-da Sırxavənd kəndi istiqamətində ordumuzun geniş miqyaslı hücumu başlanır. Həmin əməliyyatın təşkilində Seymur həmkəndliləri Həsən, Ələmdar, Fərhad və Bilalla kəşfiyyata getmiş və düşmənin qüvvə və mövqeləri diqqətlə öyrənmişdi. Bu döyüşdə əfsanəvi qəhrəmanlıq göstərən Seymur kəndin azad olunmasında düşmənin bir texnikasını və bir neçə quldurunu məhv etdi.

1992-ci ilin sentyabrında S.Quliyev Ağdərə rayon polis şöbəsinə işə götürüldü. Polis podpolkovniki Güloğlan Məmmədov:

S.Quliyev Sırxavənd kəndindən tanıyırdım. Onun döyüşlərdə göstərdiyi rəşadət məni heyran etmişdi. Kəşfiyyatçı kimi də əvəz edilməz idi. Ona görə də Seymurun Ağdərə polis şöbəsinə qəbul olunmasını məsul yoldaşlardan xahiş etdim. Çox keçmədi ki, S.Quliyev hər bir döyüşdə mənim ümidimi doğrultdu.

Cəsur döyüşçü S.Quliyev Marquşevan, Leninavan, Çaylı, Çardaqlı, Qısavet, Mehmanə, Sərsəng su anbarı, Umudlu, Zəylik, Qozlu, Moqavuz, Dəmirli, Qazançı, Dovşanlı, Manikli, Xatınbəyli və Baş Güney kəndlərinin “vışka”, “qlobus” yüksəkliklərinin erməni quldurlarından təmizlənməsində döyüşlərin önündə getmişdi.

Çıldıran döyüşlərində əvəzediləz xidmətləri olub.

8 may 1994-cü il 3 N-li sovxoz ərazisində düşmənin iri miqyaslı hücumunun qarşısının alınmasında S.Quliyev öndə olan igidlərdən biri idi. Tərtərin işğalını qarşısına məqsəd qoymuş düşmənin mərkli planının pozulmasında S.Quliyevin də xidmətləri danılmazdır. Bu qanlı döyüş onun qəhrəmanlıqlarla dolu döyüş yoluna son döyüş günü oldu. Ölümündən sonra S.Quliyeva komandanlıq tərəfindən Azərbaycan Milli Qəhrəmanı adına təqdimat verildi. Bu onun layiq olduğu addır. Seymur haqqında “Dağlarda şimşək çaxır” kitabı çapdan çıxmış, mətbuat səhifələrində yazılar dərc edilmişdir. Məzarı Bakıxanov qəsəbəsindəki şəhidlər xiyabanındadır.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: