IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

“YURDDA GERİYƏ YOL YOXDUR”

İnqilab Əyyub oğlu Əliyev müharibənin ağrısını, acısını lap uşaq vaxtlarından dadmışdı. Böyük Vətən müharibəsi onu ata üzünə həsrət qoymuşdu.

Qarabağın üzərində əsən küləklər, erməni quldurlarının törətdikləri vəhşiliklər, başqaları kimi İnqilabı da çox narahat edirdi. Müharibədən söz düşəndə uşaqlıq illərini yada salırdı. “Getsin o günlər bir də gəlməsin” – deyirdi.Qonşu Ballıqaya ermənilərinin atdığı güllə İnqilabın həyət-bacasından keçirdi. Düşmən gülləsindən evinin divarları deşik-deşik olmuşdu. “Baba-yurdundan geriyə yol yoxdur” – deyirdi.

İnqilab dəfələrlə bu yerləri tanıyan adam kimi bələdçilik etmişdi. Doğma yurda baş çəkmişdi. Erməni quldurlarının pis əməllərinin canlı şahidi olmuşdu. Cəbhələrdəki uğurlar İnqilabı çox sevindirirdi. Əsgərlərimiz 1992-ci ilin payızında Sırxavənd istiqamətində uğurlu döyüşlər aparırdı. Əldən-ələ keçən Sırxavəndin daşı daş üstünə qalmamışdı. Söz düşəndə İnqilab deyirdi ki, təki quru torpağımıza qayıdaq. Atalar yaxşı deyib: “Sən saydığını say, gör fələk nə sayır”.

Vətən təəssübü ilə yaşayan İnqilab Əliyev 1992-ci ilin sentyabrında sürdüyü maşında minaya düşdü.

İnqilab beş qız, bir oğul atası idi. Oğlu Yaşar bu gün atasının yolunu davam etdirir.

Məzarı Ağdam Uzundərə Şəhidlər Xiyabanındadır.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: