IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

BİZ DƏMİRYOLÇU OLACAĞIQ

Məzahir Məhərrəm oğlu Həsənov: Zahid Qulu oğlu Süleymanov.

Neçə il əvvəl Sırxavənd kəndində hər səhər məktəbə əli çantalı iki uşaq tələsirdi. Zahidlə Məzahir.

Orta məktəbi başa vurduqdan sonra ürəklərində baş qaldıran arzuları da bir oldu.

Zahid Qulu oğlu Salmanov 1966-cı ildə anadan olub. Zahid körpə ikən atasını itirmişdi. Ailədə yaranmış vəziyyətə görə dayısı Məhərrəm Zahidi öz himayəsinə götürmüşdü. Orta məktəbi qurtardıqdan sonra əsgərliyə çağrılır. Və Uralda daxili qoşun hissəsində öz borcunu yerinə yetirir. Zahiddlə uşaqlıqdan baş qaldıran arzusu onu Qazaxıstan Respublikasındakı Dəmir yol texnikumuna apardı. Zahid həm işləyir, həm də təhsilini davam etdirirdi. Qarabağda cücərən hadisələr haqqında Moskva televiziyası ilə verilən xəbərləri eşitdikdə bu mətbuat səhifələrindəki yazırları oxuduqca çox narahat olurdu. Tez-tez məktub yazır, telefonla əlaqə saxlayırdı. Nəhayət, dəmiryolçu diplomu ilə Vətənə qayıdır.

Zahid doğma kəndinə qayıdanda artıq erməni kəndlərinin əhatəsində yerləşən Sırxavəndin də səksəkəli, narahat günləri başlamışdı. Zahid həmyaşıdları ilə birlikdə kəndin müdafiəsində durur, erməni quldurlarının təxribatlarının qarşısını alır, çətin məqamlarda soyuqqanlılığı, cəsarəti ilə fərqlənirdi. Kəndin üzərinə olan hücumlarda Zahid qorxmazlığı ilə əlbəyaxa döyüşdə neçə-neçə erməni quldurunu məhv etmişdi. Zahid kənddəki özünümüdafiə batalyonunun ən təcrübəli, bacarıqlı səriştəli döyüşçüsü kimi hamının hörmətini qazanmışdı.

Zahid Salmanov Bakıya hərbi kursa göndərilir. Altı aylıq hərbi təlim keçdikdən sonra zabit kimi Kəlbəcər bölgəsinə göndərilir. Zahid komandanlığı tərəfindən dəfələrlə bütün əsgərlər qarşısında göstərdiyi şücaətlərə görə nümunə göstərilmişdir. O, söz düşəndə deyərdi ki, bizim Sırxavənd kəndi də dağlar əhatəsində yerləşir. Elə Ural dağlarında hərbi təlimdə olanda da birincilər sırasında idim. Kəlbəcərin dağlarında, qayalarında, dərələrində döyüşmək mənə çətin deyil. Zahidgilin bölməsinə Kəlbəcər-Ağdərə istiqamətində irəliləmək tapşırığını vermişdilər. Dəfələrlə bu istiqamətdə kəşfiyyata çıxmış, düşmənin mövqelərini dəqiqliklə öyrənmişdi. Ağdərə rayonunun Çapar, İmarət-Qərvənd; Aterk, Qozlu, Qızılqaya kəndlərinin erməni quldurlarından təmizdənməsində igidliklər göstərmişdir. Döyüşlərin birində qarın nahiyəsindən ağır yaralanan Zahid müalicə olunandan sonra yenə də “N” hərbi hissəsinə qayıtmış və döyüşə atılmışdır.

Məzahir Məhərrəm oğlu Həsənov 1968-ci ildə doğulmuşdur. Orta məktəbi qurtardıqdan sonra Bakı Dəmir  Yolu Texnikumuna daxil olmuşdu. Birinci kursda hərbi xidmətə çağrılmışdı. Uzaq Şərqdə 6 aylıq hərbi kursda olub, hərbi texnikanın sirlərini öyrənir. Dəfələrlə valideynlərinə hərbi hissənin komandanlığı tərəfindən təşəkkür məktubu göndərilib.

Uzaq Şərqdə iki illik hərbi xidmətini başa vurduqdan sonra Məzahir təhsilini davam etdirir və 1990-cı ildə Bakı Dəmir Yolu Texnikumunu əla qiymətlərlə başa vurur. Onun təlimatını Bakı şəhəri Dəmir yolu idarəsinə verirlər. Lakin kənddə yaranmış vəziyyətlə bağlı doğma yurdu Sırxavəndə qayıtmağa çalışır. Çox keçmir ki, Məzahir təyinatını Ağdam tikinti trestinə alır. Kəndə gələn Məzahir gündüz kənddə inşa edilən sosial tikintilərdə işləyir, gecələr isə postlarda dururdu.

Müxtəlif cəbhələrdə döyüşən Zahidlə tez-tez əlaqə saxlayır, görüşündə keçdikləri döyüş yolundan danışırdılar. Məzahir Ağdam, Zahid isə Kəlbəcər bölgələrində dəfələrlə düşmənlə üz-üzə gəlmişdilər. Dayı oğlu, bibi oğlu hərdən toylarını bir yerdə edəcəklərindən söhbət açırdılar.

Son dəfə valideynləri məskunlaşdığı Kəngərli kəndində görüşmüşdülər. Bütün gecəni yatmayıb, səhərə kimi söhbət etmişdilər. Sübh tezdən isə hər ikisi cəbhə xəttini yollanırlar.

1992-ci il iyulun 7-də dörd nəfər yoldaşı ilə birlikdə Məzahirə istehkam qurmaq tapşırığı verirlər. Bu tapşırığı yerinə yaterərkən qəhrəmancasına həlak olub. Həmin gün Sırxavəndlilər igidini torpağa tapşırdı.

Ağdərə torpaqlarının erməni quldurlarından təmizlənməsində Zahidin adı-sanı hər tərəfə yayılmışdı. Dəfələrlə ölümlə üz-üzə gələn Zahid qardaşının qanını yerdə qoymamaq üçün düşmənin texnikasını məhv etmişdi. İki dost, eyni əqidə yolçusu olan bu igidlər hər ikisi yayda şəhid olub.

Zahid Qulu oğlu Salmanovun son döyüşü Ağdərədə oldu. Payızada dünyaya gələn Zahid 1993-cü ilin yayında əbədiyyətə qovuşdu.

Vətənin azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda şəhid olan el oğullarımızın ruhu düşməndən qisas alacaq.

Məzahir Salahlı Kəngərlidə, zahid isə Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: