IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

BURDA BİR İGİD ÖLDÜ…

Telman Xasay oğlu Həsənov 1973-cü ildə dünyaya göz açıb. Kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Ağdam rayonunda 136 N-li taxniki peşə məktəbinə daxil olmuşdu. Eyni zamanda idmanla, karate ilə məşğul olurdu. Gələcəkdə ali təhsilli idmançı olmaq istəyirdi. Lakin tale buna imkan vermədi.

Müharibə alovları Qarabağ torpaqlarını kəndbəkənd bürüyəndə Telmanın 14 yaşı vardı. Yaşının az olmasına baxmayaraq həmişə kəndin müdafiəçiləri arasında olur, onlara əlindən gələn köməkliyi göstərirdi. Müharibənin günü – gündən genişlənməsinə, erməni quldurlarının azğınlaşması Xasay kişini, Süsən xalanı narahat edirdi. Axı bu ixtiyar valideynlər dünyanın düz vaxtı oğul dağını görmüşdülər.

Dərdim bir-iki deyil,

Yüküm qəm yükü deyil,

Hər kimin dərdi varsa,

Mənimki təki deyil.

Bəli, dilə gətiriləsi dərdlərdən deyil, Süən xalanın dərdi. Beş oğul iki qız böyütmüşdü. Oğulları bir-birindən boylu-buxunlu idi. Tale onun sinəsinə üç oğul dağı çəkmişdi. Nə edəsən, fələyin çərxi dönəndə birdən dönür, dərd gələndə batmanla gəlir. Yaxşı ki, nə Süsən ana, nə də ömür gün yoldaşı Xasay kişi həyat eşqini itirməmişdi. Onlar öz ümidlərini ailənin son beşiyi Telmana bağlamışdılar.

Qarabağ torpağında ermənilərin həyasızlıqlarını getdikcə artır, torpaqlarımıza təcavüzləri genişlənirdi. Telman da u neçə ildə kəndi döyüşçüləri ilə müxtəlif əməliyyatlarda olur, getdikcə mətinləşirdi. Günlərin bir günüdə ot sahəsində Telmanın əmisi Qəzənfər və xalası oğlu Vaqifi quldurlar vəhşicəsinə qətlə yetirmişdi. Kolanı elinə baş vermiş bu ilk hadisə az qala bütün Qarabağı bürümüşdü. Qisasçılıq hissi Telmanı rahat buraxmırdı. 18 yaşı tamam olan kimi könüllü olaraq həqiqi əsgəri xidmətə yollandı. Üç aylıq hərbi təlimdən sonra Ş.Mirzəyev adına özünümüdafiə batalyonunda vuruşmağa başladı. Fiziki hazırlığı, qorxmazlığı, zirəkliyi ilə döyüşçü yoldaşlarına elə ilk günlərdən nümunə göstərirdi. Komandanlığın və döyüşçü yoldaşlarının hörmətini qazanan Telmana həmişə təcrübəli döyüşçü kimi məsul tapşırıqlar verilir, döyüş zamanı ən ağır mövqenin müdafiəsi ona tapşırılırdı. O, Fərrux, Manikli, Canyataq, Gülyataq, Dəhraz, Naxçıvanik, Sırxavənd kəndlərinin quldurlardan təmizlənməsində düşmənlə üzbəüz dayanmışdır.

1992-ci il avqustun 27-si idi. Ağdərənin Qazançı kəndi uğrunda ağır döyüşlər gedirdi.

Axı biçarə ana lap elə dünən öz əli ilə oğluna və silahdaşlarına sovqat aparıb qayıtmışdı. O gün döyüş yoldaşları Telmanı o qədər tərif etmişdilər ki, Süsüən ananın nigarançılığı birə beş azalmışdı.

Bəs indi nə demək idi. Allah, yoxsa doğrudan da biçarə ananın bəxti tərsinə yazılıbmış?! Bu da daha bir oğul dağı.

Bulaq başdan qaradır,

Dibi daşdan qaradır,

Məni soruşan olsa,

Baxtım başdan qaradır.

Hər dağı çəkmək olar. Bala dağı çəkilməzdir deyirlər. Telman kimi igidin dərdini təkcə Süsən ana və Xasay kişi yox, onu tanıyan həmyerlilərinin hamısı, qohum-qardaşları, döyüş dostları da göynəyə- göynəyə çəkirlər.

Ağdam Uzundərə Şəhidlər Xiyabanında dəfn edilib.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: