IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

DAĞLARDA ÇAXAN ŞİMŞƏK

Seymur Sarı oğlu Quliyev 1969-cu il martın 11-də dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. Seymur iki illik əsgərlik borcunu Xabarovsk vilayətində başa vurur. 1989-cu ildən hərbi xidmətdən təxris olunduqdan sonra əkəndə qayıdır. Həmin vaxt yurdumuzda müharibə ocağının alovu günü-gündən dağ Qarabağda azərbaycanlı kəndlərini bürüyürdü. Sırxavənd  camaatı səksəkəli günlərini yaşayırdı. S.Quliyev ilk gündən ermkəni quldurlarına qarşı açıq-açığına bayrağını göstərir. Daşnakların bayrağını kim çıxarıb gətirsə, onu böyük mükafat gözləyir. Günün günorta çağında Seymurla Rizvan həmin bayrağı çıxardıb yerinə qara parça bağlayır.

1990-cı ilin martında erməni quldurları Sırxavənd üzərinə böyük qüvvə ilə basqın etmişdi, kənd camaatı əli yalın olsa da mərdliklə döyüşürdü. Seymur silahdaşları Rizvan, Azər və Əhmədlə düşmənin arxasına keçərək sarsıdıcı zərbə endirir. 1991-ci il sentyabrın 29-da Yavər, Azər, Rizvan Göygəzoğlu Ballıqya kəndində rus əsgəri formasında yoxlama aparır bir erməni yaraqlısını tutub qərargaha təhvil verirlər. Bu əməliyyatın aparılması çox adamları narahat edir. Erməni başbilənləri Qarabağ Təşkilat Komitəsinin sədri Volskidən qəti tələb edir Ki, erməni qulduru azad edilməli, yoxlama aparanlar isə həbs olunmalıdır. Sırxavənd kəndi rus əsgərləri tərəfindən mühasirəyə alınır və bütün evlər axtarılır. Üç gün kənd camaatına olmazın əzab-əziyyəti verilir. Seymur silahı ilə rus əsgərlərinə ətəslim olsun. Yavər öz silahı ilə rus əsgərlərinə yaxınlaşır. Bunu görən rus komandiri əsgərlərinə əmr verir ki, həmin oğlanı tərksilah edib, BTP-ə otuzdursunlar. Bu hadisə kənd camaatını bir anlığa sarsıdır.

Seymur bir neçə dəqiqə keçməmiş əlində əlində qumbara rus əsgərlərinə yaxınlaşır və komandirə deyir:

-Mən doğulub boya-başa çatdığım torpağın azadlığı, müstəqilliyi, onu erməni quldurlarından təmizlənməsi yolunda ölərəm, bəs sən nə üçün öləcəksən?

Çıxılmaz vəziyyətdə qalan rus zabiti bir anlığa ölümlə üz-üzə dayandığını hiss edir və kəkəliyə-kəkəliyə Seymurdan soruşur ki, tələbin nədir?

Dostumu azad elə, özündə əsgərlərinə əmr ver ki, kəndin tərk etsinlər, sonra isə səni sağ-salamat yerinə qaytaracağıq. ÖLümündən qorxuya düşən rus zabiti Seymurla razılaşır və zəif səslə deyir: “Sizin kimi oğlu olan vətən heç vaxt basılmaz”.

1992-ci ilin fevralın  6-da erməni daşnakları Sırxavənd üzərinə böyük qüvvə və ağır texnika ilə hücuma keçir. Kənd üç tərəfdən mühasirəyə alınır. Ölüm-dirim savaşı gündən-günə qızışır, sırxavəndlilər isə köməksizlikdən təklənirdi. Kəndin əsas postu şimaldan Sırxavəndin giriş qapısı adlanan Kərimin Güneyi quldurların əlinə keçmişdi. Həmin postun yaxınlığında Cahangir Qadiroğlunun evində özlərinə mövqe tutmuş 8 nəfər Sırxavəndli quldurların mühasirəsinə düşmüşdü, kəndin baş hissəsində bir neçə ev yandırılıb yerlə-yeksan edilmişdir. Hər ötən dəqiqə 8 nəfər Sırxavəndli döyüşçünün erməni quldurunun ələ keçirəcəyindən və onların qətlə yetirilməsindən xəbər verirdi. Onların patronu tükənmişdi. Mühasirədə qalanlara patron çatdırmağı Seymur öz üzərinə götürür və ağa bürünərək 600 metr məsafəni sürünməyə başlayır. Polis leytenantı Şükran Cəfərovun dediklərindən:

-Adambaşına bir patronumuz qalmışdı. Qərara gəlmişdik ki, içərimizdə hamımızdan yaşca kiçik olan Rizvan Talıboğlu bizi güllələsin. Hər tərəfdən əlaqə kəsilmişdi. Erməni quldurları getdikcə bizə yaxınlaşırdı. Bizim mövqe tutduğumuz evə tərəf ağ geyimdə bir nəfərin sürünməsi diqqətimiz cəlb etdi, əvvəlcə elə başa düşdük ki, quldurlarin növbəti bir hiyləsidir ki, bizi sağ ələ keçirmək istəyirlər. Amma erməni quldurları həmin sürünən adamı gülləbaran edirdi. Həmin adam gah dayanır, gah da bizə tərəf sürünürdü. Bizə lap yaxınlaşanda  tanıdıq ki, Seymurdur. Son anda elə bildik ki, onu vurdular. O, bir müddət yerində qaldı və tez durub özünü evin zirzəmisinə atdı. 8 nəfər bu gün Seymura borcluyuq. O, bizi ölümdən xilas etdi.

Sırxavənd kəndi düşmən əlinə keçdikdən sonra S.Quliyev döyüşçü yolunu Şirin Mirzəyevin komandanlıq etdiyi batalyonda davam etdirir. Çox keçmir ki, öz qorxmazlığı, cəsarəti, döyüşkənliyi və bir təcrübəli kəşfiyyatçı kimi bütün batalyon əsgərlərini hörmətini qazanır. Fərrux, Pircamanl, Xromord, Cinli, Xaçın-Dərbənd, Əliağlı kəndlərində şücaətlər göstərirdi. Daşbaşı yüksəkliyinin alınmasında böyük rol oynadı. İki nəfər girov əsgərimizi xilas etdi. 1992-ci il ilunun 10-da Sırxavənd kəndi istiqamətində ordumuzun geniş miqyaslı hücumu başlanır. Həmin əməliyyatın təşkilində Seymur həmkəndliləri Həsən, Ələmdar, Fərhad və Bilalla kəşfiyyata getmiş və düşmənin qüvvə və mövqeləri diqqətlə öyrənmişdi. Bu döyüşdə əfsanəvi qəhrəmanlıq göstərən Seymur kəndin azad olunmasında düşmənin bir texnikasını və bir neçə quldurunu məhv etdi.

1992-ci ilin sentyabrında S.Quliyev Ağdərə rayon polis şöbəsinə işə götürüldü. Polis podpolkovniki Güloğlan Məmmədov:

S.Quliyev Sırxavənd kəndindən tanıyırdım. Onun döyüşlərdə göstərdiyi rəşadət məni heyran etmişdi. Kəşfiyyatçı kimi də əvəz edilməz idi. Ona görə də Seymurun Ağdərə polis şöbəsinə qəbul olunmasını məsul yoldaşlardan xahiş etdim. Çox keçmədi ki, S.Quliyev hər bir döyüşdə mənim ümidimi doğrultdu.

Cəsur döyüşçü S.Quliyev Marquşevan, Leninavan, Çaylı, Çardaqlı, Qısavet, Mehmanə, Sərsəng su anbarı, Umudlu, Zəylik, Qozlu, Moqavuz, Dəmirli, Qazançı, Dovşanlı, Manikli, Xatınbəyli və Baş Güney kəndlərinin “vışka”, “qlobus” yüksəkliklərinin erməni quldurlarından təmizlənməsində döyüşlərin önündə getmişdi.

Çıldıran döyüşlərində əvəzediləz xidmətləri olub.

8 may 1994-cü il 3 N-li sovxoz ərazisində düşmənin iri miqyaslı hücumunun qarşısının alınmasında S.Quliyev öndə olan igidlərdən biri idi. Tərtərin işğalını qarşısına məqsəd qoymuş düşmənin mərkli planının pozulmasında S.Quliyevin də xidmətləri danılmazdır. Bu qanlı döyüş onun qəhrəmanlıqlarla dolu döyüş yoluna son döyüş günü oldu. Ölümündən sonra S.Quliyeva komandanlıq tərəfindən Azərbaycan Milli Qəhrəmanı adına təqdimat verildi. Bu onun layiq olduğu addır. Seymur haqqında “Dağlarda şimşək çaxır” kitabı çapdan çıxmış, mətbuat səhifələrində yazılar dərc edilmişdir. Məzarı Bakıxanov qəsəbəsindəki şəhidlər xiyabanındadır.


Responses

  1. Demey olarki men dayimi gormemiwem.men 1yaw 6ayliq (1994-cu ilin mart ayinda) olanda son defe bizim evde olub.men o vaxt cox balaca oldugum ucun tebiidiki onu yadima sala bilmirem ama mamagilden hemiwe ewidiremki meni cox istiyirmiw.cox heyifki indi bizim yanimizda deil.Allah rehmet elesin………..Amin……..=((((((


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: