IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

DAĞLARDA İZİ QALDI

Süleyman Cəmil oğlu Bayramov Sırxavənd kəndində, Kolanı elində tanınıb, sayılan ağsaqqallardan idi. Kolanı dərəsində elə bir adam tapılmazdı ki, Süleyman kişini tanımasın, ona böyük hörmət bəsləməsin. O, qışı aranda, yayı isə uca dağlar qoynunda keçirərdi. Kolxozun mal-qarası hər yay Dəlidağda, Laçınqayada, Ağdoğanda və Qızılqayada köç salırdı. Süleyman kişi bu yerlərin hər yoluna, izinə, qayasına, daşına, dağına yaxşı bələd idi. Sırxavənd maldarlıq fermasının müdri işləyirdi. Qayğıkeş, mülayim xasiyyətli bu el ağsaqqalından   köç düşdüyü yerlərdə heç kim inciməmişdi. Həmişə çalışardı ki, bacardığı yaxşılığı etsin. Elə ona görə də Kəlbəcər, Laçın yerlərində bu Kolanı ağsaqqalının öz ad-sanı vardı.

Bir neçə ildir ki, Süleyman kişi o yaylaqların yoluna-izinə diş göynədən bulaqlarına həsrət qalmışdı. Torpaqlarımızda yaranmış ağır vəziyyət bir ağsaqqal kişi Süleyman kişini bərk narahat edirdi. Süleyman kişi heç vaxt təsəvvür etmirdi ki, bu yaşında əlinə silah alacaq, doğma torpaqlarımızın müdafiəsinə qalxacaq. Kəndin vətənpərvər oğulları razı olmurdular ki, Süleyman kişi yaşda olanlar əlinə silah alsınlar. Amma Süleyman kişi öz silahı ilə düşmənlə üzə-üzə dayanırdı.

Süleyman kişi evini həyət-bacasının Ballıqayadan bir kiçik çay ayırırdı. Döyüşlər qızışanda erməni quldurları kəndə hücum eliyəndə Süleyman kişinin evini oda qalayırdılar. Buna baxmayaraq Süleyman kişi öz isti ocağından, həyət-bacasından çıxmırdı. Süleyman kişi elə öz həyətində quldur gülləsindən ağır yara aldı. Bu xeyirxah, insanpərvər adam 1992-ci ilin mart ayında vətən, torpaq uğrunda ağsaqqal yaşında şəhid oldu. Süleyman kişi, həmişə ağız dolusu danışdığın bacın oğlu Azərbaycanın Milli Qəhrəmanı kimi ad qoyub əbədiyyətə qovuşan Nadirin, yeznən İnqilabın şəhid olduğunu yaxşı ki, görmədin.

Məzarı Əlicalı kəndindədir.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: