İslam Mürşüd oğlu Ağayev Sırxavənd kəndinin sayılan adamlarından olub.
1992-ci ilin fevral ayında Sırxavəndə ezam olunmuşdum. Məqsədim kənd camaatı və döyüşçülərlə görüşüb onların səslərini lentə almaq idi. Yolda eşitdim ki, Sırxavənd kəndi od içində yanır, orada ölüm-dirim döyüşləri gedir. Heç bir yerdən köməyi olmayan Sırxavənd igidləri düşmənin ağır hücumlasrına mərdliklə sinə gərir, yeri düşdükcə erməni quldurlarının atəş nöqtələrini susdururdular. İslam kişi də öz evində oğlanları ilə mövqe tutub quldurlarla atışırdı. Onun evini yaxınlığında Cahangirin evində 8 nəfər Sırxavənd igidi erməni yaraqlılarının mühasirəsinə düşmüşdü. Quldurlar istəyirdilər ki, həmin yenilməz oğulları diri tutsunlar. Amma buna imkan verməyəcəyəm, – deyən İslam kişi sərrast atəşlə quldurları irəliləməyə qoymurdu. Cahangirgilin patronu tükənirdi, Qardaşxan Mehdiyev baş nahiyəsindən ağır yara almışdı. Buna dözməyən İslam kişi oğullarına tapşırdı ki, atəşi davam etdirin, mən isə uşaqlara patron çatdırım. Özünü evdən həyətə atan İslam kişinin düşmən gülləsi haqladı. El ağsaqqalı İslam kişi 1992-ci ilin fevralın 8-də qeyrət döyüşündə əbədiyyətə qovuşdu.
İslam kişi ilk gündən silaha sarılaraq kəndin müdafiəsində dayanan ağsaqqallar idi. Elə gün olmazdı ki, o gənclər arasında olmasın. Gecəli-gündüzlü bir-bir postları gəzir, keşik çəkənlərə məsləhət verirdi. Kəndin əsas postu olan “Güney” postuna nəzarət də ona tapşırılmışdı. Dəfələrlə Xankəndi-Ağdərə yolunda öz dəstəsi ilə erməni quldurların ağır zərbə vurmuşdu.
Hüseyn Məmmədovun dediklərindən: “İslam əmim bütün qohum-qonşunun ağsaqqalı idi. Hamımız onun yolunu saxlayır, xətrini çox istəyirdik. Bakıdan kəndə gələndə birinci İslam əmimə baş çəkər, sonra evimizə gedərdim. Bu gün İslam əmisiz hamımız üçüçn çətindir.”
Üç oğul, bir qız atası idi.
Məzarı Sırxavənd kəndindəndir.
Bir cavab yazın