IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

HAMININ İSTƏKLİSİ

İntizam Köçəri oğlu Bəşirov 1970-ci ildə anadan olub. Ata-anasının və bacı-qardaşlarının  istəklisi idi.

Orta məktəbi qurtardıqdan sonra təhsilini davam etdirə bilməmişdi. Əsgəri xidmətdən sonra doğma kəndi Sırxavəndə qayıtmışdı. Elə həmin il İntizam Şuşa Kənd Təsərrüfütı Texnikumunun zootexnik şöbəsinə daxil olub. Həmin vaxtlar erməni təcavüzü get-gedə genişlənirdi. Şuşa-Ağdam marşrut avtobusunda atəşə tutulmuşdu. Hətta bir dəfə Xankəndi yaxınlığında qəfil açılan güllə bir tələbə yoldaşının həyatına son qoymuşdu. Yurdumuzun vətənpərvər oğlu İntizamın arzusu Vətəni, elini, obasını azad görmək idi. Günü-gündən alovlanan Müharibə Sırxavənd kəndini hər tərəfdən bürümüşdü. Bunu görən İntizam təhsilini qoyub kəndin sakinlərindən təşkil olunmuş özünümüdafiə batalyonuna daxil oldu. Hər bir silah növündən zustalıqla istifadə edən İntizam az zamnada bacarıqlı bir döyüşçü kimi yoldaşlarının hörmətini qazanmışdı. Dəfələrlə onların dəstəsi erməni quldarlarının hücumunu dəf etmiş, böyük zərbələr endirmişlər.

Sırxavənd kəndində vəziyyət günü-gündən gərginləşirdi. Bütün gün ərzində kəndin üzərinə hücum ara vermirdi. Bir neçə gün ərzində Sırxavəndin say seçmə oğulları Səməd Fərzəliyev, Bəhmən Məmmədov və el ağsaqqalı İslam Ağayevin ölümü düşmənin əl-qolunu açmışdı. Düşmən bütün qüvvəsi ilə Sırxavəndi işğal etməyə, oda qalmağa çalışırdı. Əsas hücumlar əsasən bir nömrəli post olan “Güney” postuna edilirdi. Həmin post Sırxavəndin açarı idi. Postun alınması Sırxavənd kəndinin məğlubiyyəti idi. Ona görə Güney postu həmişə təcrübəli və qorxmaz oğullara tapşırılırdı. İntizam bütün çətinliyi öz üzərinə götürmüşdü. Tez-tez yoldaşlarına ehtiyatlı olun deyirdi. Mayası zəhmətlə yoğrulan İntizam hər an vətənin bir qarışı üçün canından keçməyə hazır idi. Odur ki, heç vaxt razı olmazdı ki, yoldaşlarının birinə bir şey olsun.

Elə ona görə də döyüşlərdə öndə gedir, ölümün gözünə dfik baxırdı.

1992-ci il 13 fevral. Həmin gün Sırxavənd cəngavərlərindən biri – İntizam Köçəri oğlu Bəşirovun ömrünə son qoyuldu. Qızğın atışmada snayper gülləsi İntizamı haqladı. Fevral ayında bir həftənin içində Sırxavənd kəndi dördüncü ər igidini itirdi.

Məzarı Ağdam Şəhidlər Xiyabanındadır.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: