Admin tərəfindən göndərildi | May 1, 2010

“KOLANI” QISASÇI TƏŞKILATI

 

“KOLANI” QISASÇI TƏŞKILATI. Bu təşkilat hökumət biganəliyinin yaratdığı boşluğu doldurmaq və kənd cavanlarını birləşdirmək məqsədiylə yaranmışdı. Əsas təşkilatçı və rəhbəri Xatınbəyli kənd orta məktəbinin direktoru, şəhid atası, “Azərbaycan Bayrağı” ordeniylə təltif olunan qəhrəman A. Sarıkişiyevin atası Vaqif İbrahim oğlu Sarıkişiyev idi. Təşkilat 100-ə qədər şəxsi birləşdirərək erməniləri daim vahimə altında saxlayırdı. Onun  əsas planlarını Aliyev Möhü, Həsənov İsmayıl və Həsənov Rəfayıl qardaşları hazırlayıb həyata keçirirdilər. İsmayıl Həsənov 21 gün ermənilərin işgəncələrinə məruz qalan ilk Azərbaycanlı idi. Onu xüsusi bir erməni dəstəsi günlərlə izləyib tutmuşdu və bu gün fəxrlə demək olar ki, Azərbaycanda ikinci bir adam tapmaq olmaz ki, onun qədər düşmənə zərbə vursun. İstər texnika, istər canlı qüvvəsini məhv etsin. Əfsuslar olsun ki, Əlahiddə kəşfiyyat rotasının komandiri olmuş bu şəxsi mükafatlandırmaq əvəzinə, dəfələrlə təzyiqlərə məruz qoymuşlar. İstərsə də Vətən yolunda öz doğma balasına qıymış Vaqif Sarıkişiyevin özü, nə də yaratdığı təşkilast layiq olduğu adla mükafatlandırılmayıb. Ağdərə Azərbaycanlı kəndlərinin işğalından sonra da silahı yerə qoymayan bu təşkilat, məhz Ağdamda Əlahiddə kəşfiyyat rotası kimi fəaliyyətinin davam etdirmiş və Ağdərənin azad olunmasında daim ön dəstədə olmuşlar.


Bir faktı xatırladım ki, Ağdərə azad edildikdən sonra rayon prokurorluğundan təşkilat üzvlərinin məhkum olunması haqqında “Məhkəmə işi” sənədləri götürülmüş və buradan aydın olmuşdur ki, ermənilər təşkilat üzvlərinə 8-10 il iş kəsmişlər.

Sənədlər saxlanılır.

“Azad Azərbaycan” qəzeti yazırdı: “Vəziyyətdən çıxmaq üçün dörd kəndin qeyrətli oğullarını birləşdirmək üçün təşkilat yaratmaq lazım idi. Belə bir təşkilat yarandı. (16 dekabr 1992-ci il)”.

“Müxalifət” qəzeti yazırdı: “Bu vaxta qədər qeyri-formal “Kolanı” təşkilatı dəfələrlə düşmən arxasına keçir, erməni faşistlərinə dinclik vermirdilər”.

Təşkilat üzvlərindən şəhid olmuş Cəlal Quliyev, Möhü Aliyev, Əli Qurbanov, Cahid Gəncəliyev, Altay Sarıkişiyev, Ziyadxan Aslanov, Nazim Xanquliyev, Ələddin Abdullayev, Alim Göyüşov, Əvəz Novruzov və başqalarının xüsusi xidmətləri omuşdur.

Kərəmlinin yandırılması bütün Azərbaycanı sarsıtdı. İllərcə düşmənə layiqli cavab verən bir kənd məhv edildi. Azərbaycan susdu. Umudlu dişiylə, dırnağıyla uzunsürən blokada şəraitində yaşadı. Azərbaycan susdu.

Çərəklər kəndi onlarca igid itirdi. Düşmənə sağalmaz yara vurdu və Ağdərə azərbaycanlılarının sonadək döyüşən məntəqəsi sayıldı. Azərbaycan susdu.

Sırxavənd onlarla oğlu itirdi, müdafiə olundu v çoxminlik düşmən qarşısında tənha qaldı. Azərbaycan susdu.

Ən böyük haqsızlıqlarla rastlaşan, öz dədə-baba yerindən didərgin düşən və Yeni Qaralar adlı bir kənd salan Qaralar yenidən yandırıldı. Narışlar oda qalandı. Azərbaycan susdu.

Bu altı ildə Ağdərədə nələr olmadı. Tarix öz gözüylə yüzlərlə igidin qəhrəman kimi həlak olduğunu gördü, torpaqlara gömülmüş oğlulların ruhuyla müqəddəsləşən məmləkət öz varlığıyla titrəmədi, coşmadı və haqsız tarixin yaxasından yapışıb öz haqqını qoparmadı. Bu gün Ağdərə faciəsi ümumi Azərbaycan faciəsi fonunda bir damladı. Sadəcə tarix üçün söyləməliydik: “Ağdərədə nələr oldu?”.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: