IT Team tərəfindən göndərildi | May 1, 2010

“TARİXƏ QƏHRƏMANLIQ DƏRSİ KEÇƏN UŞAQLAR”

Novruzov Ziya Əvəz oğlu 1974-cü ildə anadan olub. Cəmi 16 yaşı olan Ziya həmişə öndə olub. Dəfələrlə öz dostu Qurbanla qonşu Çıldıran kəndində təxribatlar törədiblər. Yaşlarının az olmasına baxmayaraq bu iki dost istər müdafiə postlarında, istər hücumda kimsədən geri qalmazdılar.

12 mart 1992-ci il hər iki məktəblinin son döyüşü oldu. Düşmənin qabağını saxlayan Ziya bu döyüşdə həlak oldu və bu ölümlə tarixin özünə bir qəhrəmanlıq dərsi keçdi. İndi onun haqqında əfsanəyəbənzər həqiqətlər danışırlar. Rus-sovet pioner və komsomolçularının şişirdilmiş qəhrəmanlıq tarixçəsini öyrənən millətimiz üçün Qurbanın və ziyanın döyüş yolu haqqında öyrənməli, təbdiq etməlidirlər.

Məzarsızdır.

Göyüşov Qurban Ramazan oğlu 1974-cü ildə anadan olub. Məktəbli Qurban kəndin müdafiəsi üçün böyüklərdən çox iş görmüşdü. Postlarda yaşlılarla çiyin-çiyinə durmuşdu.

Ov tüfəngiylə müxtəlif əməliyyatlarda iştirak etmiş bu qəhrəman məktəbli dostu Ziya ilə birlikdə Çıldıran kəndinə dinclik vermirdi.

12 mart 1992-ci il işğalı onun sonuncu döyüşü oldu və bu ölümüylə tarixə öz adını həkk elədi. Böyük gələcəyin, bəlkə də görkəmli sərkərdəsi olacaqdı? Bəlkə də.

İndi bu iki nəfər məktəbli haqqında yalnız əfsanələr dolaşır!

Məzarsızdır.


Responses

  1. allah rehmet elesin! her bir SEhid bzim fexrimizdir!


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: