IT Team tərəfindən göndərildi | May 1, 2010

AĞDƏRƏDƏ NƏLƏR OLDU?

AĞDƏRƏDƏ NƏLƏR OLDU? Ağdərə Azərbaycanlılarının həm əsrin əvvəllərində, həm də indi Azərbaycan başbilənlərinin günahları böyükdür. Əsrin əvvəllərində dəfələrlə əldən-ələ keçmiş və dörd dəfə yandırılmış bu kəndlər 1922-ci ilin mart günlərində, 1905-ci ilin oktyabr. Noyabr günlərindəki qədər köməksiz və baxımsız olmuşdur. Xatırlatsaq ki, 1905-ci ildə heç bir hakimiyyət orqanımız olmayıb, onda 1922-ci il faciəsinin böyülklüyünü təsəvvür etmək mümkünsüz olar. M.S.Ordubadi “Qanlı illər” kitabında yazırdı: “3-cü sahədə islam göyləri… Dəmirli, Hacıqərvənd, Çıraqlı, Ümidli, İmarət-Qərvənd, Göynəpay, (Güneypəyə – X.P.), Əliağalı (Ağdam rayonu), Şəxavənd (Qalayçılar – X.P.), Sırxavənd, İsmayılbəyli, kimi dağlıq göylərindən ibarətdir ki, Kolanlar (kolanılar – X.P.) adlandırılmışdır”.


Bu kitabda müraciət heç də təsadüfi deyil. O vaxt və bu vaxt arasında oxşsr cəhətləri tutuşdurduqda eyni milli dəsti-xəttin şahidi oluruq. Satqın məmləkət bəyləri (bu söz şərtidir) bu rəhbərləri, köməksiz məzlum qara camaat düşmən qabağından qaçmaq. Fəqət biz istəsək də, istəməsək də tarix bizi ifşa edir və yəqin ki, buna layiqik. Çünki nəyə qadiriksə, ona qadirik.

Sırxavənd hadisələri. 1905-ci il oktyabr. Sırxavənd sakinləri Abbasqulu və İmam Həsənxan oğlu meşədə öldürülüb yandırılmışdır. 1991-ci ildə İmam Həsənoğlunun və Abbasqulu yandırılan yerdə Novruz İmanov və oğlu və Həsənov Qəzənfər oğlu ilə birgə həmin yerdə yandırılıb. 1905-ci il 3 oktyabrda Hamazaspın rəhbərliyi ilə Sırxavəndə hücum başlanır. M.S.Ordubadi yazır: “Sırxavənd kəndi islam cəsədləri ilə dolub qandan çoxlu əmələ gəlmişdi. Əlağalı kəndi də dağıdılmışdı. Vəhşi yırtıcılar südəmər körpələri beşiyi ilə odlayıb, bəzən də anasının qucağından alıb divarlara vurmaqla parça-parça edir, süngülərə keçirirdilər.

Cavanşir bəylər isə naçanlik Pivarovla hər gün bir ziyafətxana da keyf çəkməkdə, gün keçirməkdə idilər”…

1905-ci il, 27 noyabr. Dəmirli faciəsi. Xatırladaq ki, bu kənd elə o vaxtdan da işğal altında olmuş və yalnız 1992-ci ildə azad edilmişdi. Ermənilər bu kəndi dörd tərəfdən əhatə edərək hücuma keçirdilər. M.S.Ordubadi yazırdı: On min camaatın qarşısında dörd nəfər kimsəsiz islam axşama qədər kəndi mühafizə edirdilər. Qalan camaat isə ailələrini götürüb düzlərə və Çıraqlı kəndinə dağılmağa davam edirlər… Bu müharibədə can tələfatı 8 nəfər, ermənidən isə 40 nəfərə qədər olmuşdur”.

“31 noyabr 1905-ci ildə Hacıqərvənd və Çıraqlı (Moxrataq)” kəndlərində faciə baş verdi. “Xatırladırıq ki, hər iki kənd 89 ildir ki, Azərbaycan rəhbərliyinin vətənpərvərliyi” sayəsində işğal altındadır. Yalnız 1992-ci ildə müvəqqəti azad edilmişdir. M.S.Ordubadi yazır:”Bu kəndlərdə tələf olan islamların sayı 10 nəfər, ermənilərin sayı isə 100 nəfərə qədərdir”.

1905-ci il, 25 dekabr. Erməni əhatəsində tənha qalan Umudlu kəndi bu tarixdə köməyə başlayır. Heyvalı (Drombon) adlı kəndinin yanına yetişməkdə Abram bəy Həsən Cəlalov bunloara rast gəlir və Heyvalıda qalmalarını təklif edir. İsmayıl kəndxuda ona inanıb razılıq verir.

M.S.Ordubadi yazırdı: “Bu halı görən əliboş camaat nə edəcəklərini bilmirlər. Əvvəlcə kişiləri övrətlərindən ayırıb başlarını kəsir, sonra övrətlərin bir hissəsini saxlayıb, bir hissəsini də öldürürlər.

“Bu qarışıqlıqda həmən insanların sallaqxanasından ancaq 30 nəfər canının qurtarmışdır ki, bu sözləri nəql eləyirlər”…

Sonra İmarət – Qərvənd kəndini də işğal edən ermənilər Xaçın və Qabartı dərəsi kəndlərinə keçirlər. Bu hadisələrdən 90 ilə yaxın bir vaxt keçir. Dəyişən nədir?

Biz nutduq, fəqət bir şeyi unutduq. Düşmən əhatəsində yaşaya-yaşaya dost obrazı yaratdıq. Sanki milli yaddaşsızlıq xəstəliyinə tutmuşduq.

Bəs 90 il sonra ərazidə nələr baş verdi?

Ağdərədə nələr oldu?

Dağlıq Qarabağda ilkin olaraq Qaralar kəndi və Gəncxana adlı fəhlə qəsəbəsi yandırılır. Hakimiyyət orqanları nəinki bu faktları dünyaya yayırlar, hətta susmağa üstünlük verirlər. Üstəlik, Qazançı kəndinin ərazisində məskunlaşmaq istəyən Yeni Qaralar əhalisi üçün maneçilik törətməyə başlayırlar. (1989-1990).

Yerli ziyalıların nümayəndəsi Vaqif Sarıkişiyev yazırdı: “1989-cu ilin noyabr ayında xəbər gəldi ki, Ağdərənin Gəncxana adlı kəndində 3000 erməni quldur hücum etmiş və xeyli adamı girov götürmüşlər…

… Baş Güneypəyə kənd sakini İsmayıl Həsənovu Ermənilər tutub 21 gün işğəncə veriblər.

… 1992-ci ildə Sırxavəndə kəndinə ermənilərin birinci, böyük hücumu oldu. Döyüşdə 21 nəfər erməni əsgəri məhv edildi…

Biz ciddi surətdə gizli qisasçı “Kolanı” təşkilatı yaratdıq. Üzvlər konspirasiya üsulu ilə bir-biriylə əlaqə saxlasyır və heç indi də onların haradan idarə olunduqlarını bilmirlər. Bütün bu dövr ərzində hakim dairələri bizə kömək etməmişlər. Camaat  özü öz müdafiəsini təşkil etməyə başlamışdı… (R.S. qəzeti 6 aprel 1993-cü il).

Vaqif Sarıkişiyev yazırdı: “Kolanı” qisasçı təşkilatı irili-xırdalı 15 əməliyyat keçirmikş və əməliyyatların hamısını qabiliyyətlə başa çatdırmışdı. Yalnız Cahid Gəncəliyev xüsusi qəhrəmanlıq göstərərək həlak olmuşdu.

Martın 12-də Manikli-Sırxavənd arası 7 kəndin faciəsi baş verdi. Təxminən 40-dan artıq zirehli texnika və 10 minə yaxın qüvvə ilə düşmən hücuma keçdi. İnsan dar günündə kömək gözləyib onu görməyəndə dəhşətli olur”. (“Azad Azərbaycan” qəzeti 16 dekabr 1992-ci il).


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: