IT Team tərəfindən göndərildi | May 1, 2010

DAN YERİNƏ ÇİLƏNMİŞ ŞƏHİD QANLARI

Yelmar Təhməz oğlu Cəfərov; Nazim Xosrov oğlu Bəşirov.

19 oktyabr 1991-ci ildə Sırxavənddə erməni quldurları növbəti vəhşilik törətdilər. Sübh tezdən kənd camaatı avtomat silahların aramsız atəş səslərinə oyandı. Quldurlar kənddən Ağdama gedən yolun üç kilometrliyində – Xaçın çayının sahilində pusquda dayanaraq, qəfil atəşlə kəndin iki igidini – Cəfərov Yelmar Təhməz oğlunu və Bəşirov Nazim Xosrov oğlunu amansızlıqla qətlə yetirmişdilər. Hər iki ayağından yaralanan Həsənov Allahverdi Rəhim oğlu yalnız təsadüf nəticəsində sağ qalmışdı.

Yelmar Təhməz oğlu Cəfərov 1955-ci ildə anadan olub. Kənddə elektrik mantyoru işləyirdi. Vətənin üzərinə qara buludlar aldığı ilk gündən silaha sarılaraq doğma kəndinin müdafiəsində dayanırdı. Gündüzlər işləyir, gecələr isə doğma kəndinə keşik çəkirdi. Vətənin bir qarış torpağı üçün canından keçməyə hazır idi. Yelmar dostluqda çox möhkəmdi. İstəməzdi ki, kimsəni incitsin, xatirinə, qəlbinə dəysin. Çətin bir iş olanda həmişə çalışırdı ki, bütün ağırlığı öz üzərinə götürsün. Elə bu xasiyyətlərinə görə də Yelmar onu tanıyanların qəlbinə yol tapmışdı.

Yelmar həm də gözəl ailə başçısı idi. İki oğul, iki qız böyüdürdü.

Nazim Xosrov oğlu Bəşirov 1959-cu ildə Sırxavənddə dünyaya göz açıb. Nənə və baba himayəsində boya-başa çatan Nazim zəhmətsevərliyi, torpağa bağlılığı ilə tay-tuşlarından seçilirdi. O, hərbi xidmətdən sonra sovxozda işləməyə başlamış, sonra isə sürücülük peşəsinə yiyələnmişdi.

Nazim altı bacısının bir qardaşı idi. Sinəsini vətənin hər qarış torpağı üçün sipər etmişdi. Vətənin üzərində əsən qasırğa Nazimdən də yan keçmədi. Düşmən gülləsinə tuş gəldi. Həmin gün Nazimin bircə oğul körpəsinin gözündə əbədi həkk olunub. Nə zamansa bu intiqamı hissi körpəsinin gözü önündə canlanacaq, müxənnət yuvasını darmadağın edəcəkdir.

Yelmar Cəfərovun və Nazim Bəşirovun məzarı Sırxavənd kəndindəndir.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: