IT Team tərəfindən göndərildi | May 1, 2010

SON DÖYÜŞ

SON DÖYÜŞ. 12 mart 1992-ci il Manikli-Sırxavənd cinahlarından və “Sığnaq” yaylasında ağır texniki və on minlik qüvvə ilə hücuma keçən düşmən səhərə yaxın, yalnız Baş Güneypəyə postunu ələ keçirmiş və yerli qüvvələrin müqaviməti ilə geri atılmışdı. Əsas güc cinahlara verən düşmənin saat 10-dək 11 zirehli texnikası mina sahəsində partlamış onlarla əsgəri məhv edilmişdi. Əsir ermənilərin dediyinə və erməni qərargahlarının Xankəndinə verilən radioqramlarında (Ağdam da bu məlumat qərargahda saxlanılırdı) aydın olmuşdu ki, düşmən 268 nəfər canlı qüvvə və 11 zirehli texnika itirmiş və bütün mövqelərdən yerli özünümüdafiə dəstələrinin gücü ilə vurulub çıxarılmışdı. Sırxavənd cinahının yarılması başqa kəndlərin mühasirəsi həlqəsini daraltsa da kəndlər 14 saat müddətində çarpışaraq düşməni kəndə buraxmamış, lakin arxadan kömək gəlmədiyi və axşam düşdüyü üçün mövqeləri tərk etməyə məcbur olmuşdu. Ermənilərin bu döyüşdə böyük itki verməsini 14 martda Yerevanda, Qarabağda gedən müharibə əleyhinə olan nümayişlər sə sübut edir. Xatırladırıq ki, ermənilər yalnız bu zaman müharibə əleyhinə mitinqə çıxmışdılar. Azərbaycanlılar ilk dəfə düşmənə ağır zərbə vurmağa müvəffəq olmuş, lakin arxadan kömək gəlmədiyi üçün qələbəni başa çatdıra bilməmişdilər.

Ən qızğın döyüş Baş Güneypəyə və Ortay Güney kəndlərində getmişdi. Onlarla meyit elə döyüş meydanlarında qalmış və onları çıxarmaq mümkün olmamışdı. Mühasirəni daraldan düşmən gediş-gəliş yollarını nəzarətə götürərək Baş Güneypəyəni tam mühasirəyə almış və Ortay Güney özünümüdafiə dəstəsinin köməyi ilə mühasirənin yarılması mümkün olmuşdu.Bütün Azərbaycanın gözü qabağında 14 saat uzanan faciədə 30-a yaxın adam həlak edilir, torpaqlar əldən gedir… Azərbaycan cinayətkarcasına susurdu. Rəhmətlik Ş.Mirzəyev körpüdən keçmək əmri almışdı. O, uzaqdan döyüş səhnəsinə baxıb: “Orda igid oğlanlar məhv edilir, bizəcə icazə vermirlər heç olmasa köməyə gedək” – deyirmiş. Bu anlar Baş Güneypəyədə İsmayıl Həsənov düşmənə eşitdirmək və döyüşçüləri ruhlandırmaq üçün ucadan haraylayırmış: “Atın, gözünə dönüm, gör bir Ağdamdan nə qədər qüvvə gəlir?!”

Özləri də uydurduqları yalana inana-inana, qurban verə-verə axşama qədər düşmənin qarşısını aldılar. O vaxtlar kimi dindirirdin deyirdi: “Bizi ermənilər məğlub etmədi. Bizi rəhbərlərimizin xəyanəti məğlub etdi”.

Bir faktı da xatırladım ki,    Dağlıq Qarabağ kəndlərinin boşaldılmasında erməni tərəfi bütün bir azərbaycanlı rayonu boşaltmaqdan qat-qat çox itki veriblər. İstər Qaradağlıda, istər Malıbəylidə, istər Kosalarda, istər Xocalıda, istərsə də Baş Güneypəyə, Sırxavənd və başqa kəndlərdə. Bu faktdır. Azərbaycan rəhbərliyi yerli əhaliyə qarşı biganə münasibətini nəinki dəyişmiş, hətta Ağdərə azad edildikdən sonbra yerliu əhali ilə məsləhətləşmədən həm Sırxavənd ərazi vahidini, həm də Ağdərə rayonunu ləğv  etmişdi. Daha bir fakt kimi xatırlatmaq olar ki, 14 nəfər ən yüksək ada təqdim edilən döyüşçünün heç biri bu adı almayıb. Azərbaycan hərb tarixində ilk dəfə olaraq özünü xüsusi partlayıcı ilə tankın tırtılları altına atan Ziyadxan Aslanovun  haqqını və layiq olduğu adı danan hakimiyyət səmimi ola bilməz. Xatırladırıq ki, Z.Aslanov Ağdərə istiqamətində hücum edən ilk əsgərlərdən olmuşdur.

Yalnız iki nəfər “Azərbaycan Bayrağı” ordeni və bir nəfərə isə “Şərəf” döşnişanı verilib.

Ağdərə kəndlərini qəhrəmanlıq mübarizəsinin  özünəməxsusluğu onda idi ki, hər kənddə bir ağsaqqal bu işlərə rəhbərlik edirdi. İndi onların  çoxu şəhid olub, əbədiyyətə qovuşmuşlar. Manikli kəndində Alıyev Möhü (şəhid olub), Xatınbəylidə Sarıkişiyev Vaqif, Orta Güneydə Aslanov İsacan, Baş Güneydə Həsənov İsmayıl, Novruzov Əvəz (şəhid olub), Çərəkdarın əfsanəvi qəhrəmanı Məmmədov Yunus (şəhid olub), Kərəmlidə Mirzəyev Mahmud (şəhid olub), Sırxavənddə Məmmədov Bəhmən (şəhid olub), və başqaları düşmənə nifrət yaş baxmır – deyə əsl döyüşçü atılmışdılar. Gənclərə məsləhət verir, onları öz müdrikləri ilə qoyuruq və düşmənə layiqli cavablar verirdilər.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: