IT Team tərəfindən göndərildi | May 1, 2010

DAN YERİNƏ ÇİLƏNMİŞ ŞƏHİD QANLARI

Yelmar Təhməz oğlu Cəfərov; Nazim Xosrov oğlu Bəşirov.

19 oktyabr 1991-ci ildə Sırxavənddə erməni quldurları növbəti vəhşilik törətdilər. Sübh tezdən kənd camaatı avtomat silahların aramsız atəş səslərinə oyandı. Quldurlar kənddən Ağdama gedən yolun üç kilometrliyində – Xaçın çayının sahilində pusquda dayanaraq, qəfil atəşlə kəndin iki igidini – Cəfərov Yelmar Təhməz oğlunu və Bəşirov Nazim Xosrov oğlunu amansızlıqla qətlə yetirmişdilər. Hər iki ayağından yaralanan Həsənov Allahverdi Rəhim oğlu yalnız təsadüf nəticəsində sağ qalmışdı.

Yelmar Təhməz oğlu Cəfərov 1955-ci ildə anadan olub. Kənddə elektrik mantyoru işləyirdi. Vətənin üzərinə qara buludlar aldığı ilk gündən silaha sarılaraq doğma kəndinin müdafiəsində dayanırdı. Gündüzlər işləyir, gecələr isə doğma kəndinə keşik çəkirdi. Vətənin bir qarış torpağı üçün canından keçməyə hazır idi. Yelmar dostluqda çox möhkəmdi. İstəməzdi ki, kimsəni incitsin, xatirinə, qəlbinə dəysin. Çətin bir iş olanda həmişə çalışırdı ki, bütün ağırlığı öz üzərinə götürsün. Elə bu xasiyyətlərinə görə də Yelmar onu tanıyanların qəlbinə yol tapmışdı. Davamını oxu…

Advertisements
IT Team tərəfindən göndərildi | May 1, 2010

SIRXAVƏND

Ulubab və Ballıqaya silsilə yüksəkliklərinin əhatəsində yerləşən Sırxavənd kəndi Xaçın çayının sol sahilində salınmışdı. Bura aranla dağın Qırxqızla Murovun görüş yeridir. Ta qədimdən əhalisinin məşğuliyyəti əkinçilik və maldarlıq olub. Kənd strateji cəhətdən çox əhəmiyyətli yerdə yerləşirdi. 60-cı illərin əvvəllərində çəkilmiş Ağdərə-Xankəndi dağ yolu (o vaxt qocalar bu yola “daşnak yolu” deyirdilər). Sırxavəndin başının üstündə keçir. Sırxavənd Ağdərə və Ağdamdan 30, Xankəndindən 40 km məsafədədir. Qazançı, Çıldıran, Ballıqaya, Dovşanlı, Seyidbəyli kimi erməni kəndlərinin əhatəsində yerləşirdi. Sırxavənddə 250-yə yaxın ev və 1250 nəfər yaşayırdı. Qarabağın bu qədim yurdu dörd dəfə düşmənin hücumuna məruz qalmış və yerlə yeksan edilərək daşı-daş üstə qalmamışdı.

1988-ci ilin fevralında başlamış erməni-azərbaycanlı münaqişəsinin ilk günündən Sırxavənd kəndi erməni quldurlarının hişangahına çevrilmişdi. Əslində 1923-cü ildən DQMV-nin yarandığı ilk gündən, gözdən, könüldən kənarda qalmış bu kəndlər xüsusilə 50-ci illərin əvvəllərində burada yaşayan azərbaycanlılar düşünülmüş gizli miqrasiyaya məruz qalmışlar. On illiklər ərzində azərbaycan kəndlərinin sosial-iqtisadi və mədəni inkişafı üçün heç bir iş görülməmiş, yeni iş yerləri açılmamış, mütəxəssislərə qsədən iş verilməmiş və bunu nəticəsində minlərlə azərbaycanlı dolanışıq çətinliyi ucbatından rayondan baş götürüb getməyə məcbur edilmişdir. Təkcə bir faktı qeyd edək ki, qonşu erməni kəndlərinin  hamısında xəstəxana, poçt, klub olduğu halda 12 azərbaycanlı kəndinin hüç birində bu obyektlər olmamışdır. Nəticədə Ağdərə rayonunda 12 min nəfər azərbaycanlı qalmışdı. Təxminən hesablamalara görə dədə-baba yurdunun zaman-zaman tərk edənlərin sayı bu rəqəmdən ən azı iki dəfə çoxdur. Ağdərənin ən böyük azərbaycanlı kəndlərindən olan Sırxavənddə işğala qədər 250-yə yaxın ailə yaşayırdı. Həmin dövrdə respublikanın müxtəlif şəhər və rayonlarında 270-ə yaxın əslən Sırxavəndli olan ailə möcvud idi. Təkcə bu faktın özü muxtar vilayətdə (54 azərbaycanlılar yaşadığı məntəqələrin hamısında vəziyyət eyni cürdür) uzun illər erməni ağalığına məruz qalmış azərbaycanlılara qarşı aparılan mərkli düşmən siyasəti haqqında  çox mətləbləri açıqlayır. Davamını oxu…

IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

BAŞ GÜNEYPƏYƏNİN İLK ŞƏHİDİ

Qəribov Mahir Ataş oğlu 1 avqust 1967-ci ildə anadan olub. Hələ Şuşa Kənd Təsərrüfatı texnikumunda oxuduğu vaxt Şuşa özünümüdafiə dəstəsinə daxil olmuş Nəricahan və Ardışlı kəndlərinin müdafiəsində iştirak etmişdi. Vətən torpağının hər qarışı onunçün əziz idi. Məktəbi bitirdikdən sonra dərhal Baş Güneypəyə özünümüdafiə dəstəsinə daxil olur. O, həm də kolxozda işləyirdi. Gecələr doğma kəndin müdafiəsi üçün qurulmuş postlarda dayanırdı.

Hələ 1991-ci ilin yazında yollar bağlansa da kolxozun qoyun sürüsünü atışa-atışa yaylaqaaparanların önündə olmuş və əsl qəhrəmanlıq göstərmişdi. Məhz bu göl dədə-baba yoluyla yaylağa qalxan son köç oldu. Erməni kəndlərindən keçib Murova qalxan bu köçün sağ-salamat aparılmasında Maarifin böyük əməyi vardı.

Qəribov Maarif hələ Milli Ordu yaranmamışdan dəfələrlə Ağır döyüşlərə atılan eloğullarımızda idi. O, Sırxavənd, Manikli, Orta Güney, Xatınbəyli və s yaşayış məntəqələrinin müdafiəsində yerli özünümüdafiə dəstələrinin təşkil etdiyi Fısdıqlı, Qızılca, Gərdan adlanan yerlərdə keçirilmiş əməliyyatlarda iştirak etmişdi. O vaxtlar ermənilər bu yerləri “ÖLüm dərəsi” adlandırırdı. Davamını oxu…

IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

ƏBƏDİYYƏTƏ QOVUŞAN ÖMÜR

Həsən Soltan oğlu Cavadov 1956-cı ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Politexnik texnikumunun avtomobil nəqliyyatı fakultəsində təhsil almışdı. Təbiətin çox sadə və mehriban olduğundan uşaq yaşlarından dost-tanışların dərin hörmətini qazanmışdı.

Qarabağın üzərini qara buludlar aldığı ilk gündən Həsən özünə yer tapa bilmirdi. Dəfələrlə Sabunçu rayon hərbi komissarlığına müraciət etmişdi. Amma ona: “Lazım olanda səni çağıracağıq”- demişdilər. Bir neçə dəfə könüllü olaraq cəbhə bölgələrinə öz yük maşını ilə hərbi sursat və lazımi paltarlar, ərzaq aparmışdı. Həsən daima özünü əsgərlər arasında hiss edir, can atırdı ki, Vətənin müdafiəsində dayansın.

Həsənin həyat yoldaşı Məleykə xanımın dediklərindən: “Əvvəllər cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət eləsə sə aparmamışlar. Xocalı qırğınından sonra özünə yer tapmırdı. Yola düşməzdən əvvəl gecə yata bilmədi. İndi üstümüzə iki yorğan örtüb yataqmı?-deyirsiniz. Bu nə kişilikdir ki, arvad-uşaqlarımız düşmən əlində əsir-yesir olub, qızlarımızın namusuna sataşırlar. Səhər tezdən çörək alıb gətirdi və tezdə geri qayıtdı ki, cəbhəyə gedirəm. Qəfil xəbərdən özümüzü itirdik, qohum-əqrəba ilə görüşməyə belə imkan olmadı. Xudahafizləşib yola düşəndə: “Arxayın olun, sağ-salamat qayıdacağam, te-tez zəng vurub, məktub yazacağam” – dedi. Davamını oxu…

IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

DAĞLARDA ÇAXAN ŞİMŞƏK

Seymur Sarı oğlu Quliyev 1969-cu il martın 11-də dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. Seymur iki illik əsgərlik borcunu Xabarovsk vilayətində başa vurur. 1989-cu ildən hərbi xidmətdən təxris olunduqdan sonra əkəndə qayıdır. Həmin vaxt yurdumuzda müharibə ocağının alovu günü-gündən dağ Qarabağda azərbaycanlı kəndlərini bürüyürdü. Sırxavənd  camaatı səksəkəli günlərini yaşayırdı. S.Quliyev ilk gündən ermkəni quldurlarına qarşı açıq-açığına bayrağını göstərir. Daşnakların bayrağını kim çıxarıb gətirsə, onu böyük mükafat gözləyir. Günün günorta çağında Seymurla Rizvan həmin bayrağı çıxardıb yerinə qara parça bağlayır.

1990-cı ilin martında erməni quldurları Sırxavənd üzərinə böyük qüvvə ilə basqın etmişdi, kənd camaatı əli yalın olsa da mərdliklə döyüşürdü. Seymur silahdaşları Rizvan, Azər və Əhmədlə düşmənin arxasına keçərək sarsıdıcı zərbə endirir. 1991-ci il sentyabrın 29-da Yavər, Azər, Rizvan Göygəzoğlu Ballıqya kəndində rus əsgəri formasında yoxlama aparır bir erməni yaraqlısını tutub qərargaha təhvil verirlər. Bu əməliyyatın aparılması çox adamları narahat edir. Erməni başbilənləri Qarabağ Təşkilat Komitəsinin sədri Volskidən qəti tələb edir Ki, erməni qulduru azad edilməli, yoxlama aparanlar isə həbs olunmalıdır. Sırxavənd kəndi rus əsgərləri tərəfindən mühasirəyə alınır və bütün evlər axtarılır. Üç gün kənd camaatına olmazın əzab-əziyyəti verilir. Seymur silahı ilə rus əsgərlərinə ətəslim olsun. Yavər öz silahı ilə rus əsgərlərinə yaxınlaşır. Bunu görən rus komandiri əsgərlərinə əmr verir ki, həmin oğlanı tərksilah edib, BTP-ə otuzdursunlar. Bu hadisə kənd camaatını bir anlığa sarsıdır.

Seymur bir neçə dəqiqə keçməmiş əlində əlində qumbara rus əsgərlərinə yaxınlaşır və komandirə deyir:

-Mən doğulub boya-başa çatdığım torpağın azadlığı, müstəqilliyi, onu erməni quldurlarından təmizlənməsi yolunda ölərəm, bəs sən nə üçün öləcəksən?

Çıxılmaz vəziyyətdə qalan rus zabiti bir anlığa ölümlə üz-üzə dayandığını hiss edir və kəkəliyə-kəkəliyə Seymurdan soruşur ki, tələbin nədir?

Dostumu azad elə, özündə əsgərlərinə əmr ver ki, kəndin tərk etsinlər, sonra isə səni sağ-salamat yerinə qaytaracağıq. ÖLümündən qorxuya düşən rus zabiti Seymurla razılaşır və zəif səslə deyir: “Sizin kimi oğlu olan vətən heç vaxt basılmaz”.

1992-ci ilin fevralın  6-da erməni daşnakları Sırxavənd üzərinə böyük qüvvə və ağır texnika ilə hücuma keçir. Kənd üç tərəfdən mühasirəyə alınır. Ölüm-dirim savaşı gündən-günə qızışır, sırxavəndlilər isə köməksizlikdən təklənirdi. Kəndin əsas postu şimaldan Sırxavəndin giriş qapısı adlanan Kərimin Güneyi quldurların əlinə keçmişdi. Həmin postun yaxınlığında Cahangir Qadiroğlunun evində özlərinə mövqe tutmuş 8 nəfər Sırxavəndli quldurların mühasirəsinə düşmüşdü, kəndin baş hissəsində bir neçə ev yandırılıb yerlə-yeksan edilmişdir. Hər ötən dəqiqə 8 nəfər Sırxavəndli döyüşçünün erməni quldurunun ələ keçirəcəyindən və onların qətlə yetirilməsindən xəbər verirdi. Onların patronu tükənmişdi. Mühasirədə qalanlara patron çatdırmağı Seymur öz üzərinə götürür və ağa bürünərək 600 metr məsafəni sürünməyə başlayır. Polis leytenantı Şükran Cəfərovun dediklərindən:

-Adambaşına bir patronumuz qalmışdı. Qərara gəlmişdik ki, içərimizdə hamımızdan yaşca kiçik olan Rizvan Talıboğlu bizi güllələsin. Hər tərəfdən əlaqə kəsilmişdi. Erməni quldurları getdikcə bizə yaxınlaşırdı. Bizim mövqe tutduğumuz evə tərəf ağ geyimdə bir nəfərin sürünməsi diqqətimiz cəlb etdi, əvvəlcə elə başa düşdük ki, quldurlarin növbəti bir hiyləsidir ki, bizi sağ ələ keçirmək istəyirlər. Amma erməni quldurları həmin sürünən adamı gülləbaran edirdi. Həmin adam gah dayanır, gah da bizə tərəf sürünürdü. Bizə lap yaxınlaşanda  tanıdıq ki, Seymurdur. Son anda elə bildik ki, onu vurdular. O, bir müddət yerində qaldı və tez durub özünü evin zirzəmisinə atdı. 8 nəfər bu gün Seymura borcluyuq. O, bizi ölümdən xilas etdi.

Sırxavənd kəndi düşmən əlinə keçdikdən sonra S.Quliyev döyüşçü yolunu Şirin Mirzəyevin komandanlıq etdiyi batalyonda davam etdirir. Çox keçmir ki, öz qorxmazlığı, cəsarəti, döyüşkənliyi və bir təcrübəli kəşfiyyatçı kimi bütün batalyon əsgərlərini hörmətini qazanır. Fərrux, Pircamanl, Xromord, Cinli, Xaçın-Dərbənd, Əliağlı kəndlərində şücaətlər göstərirdi. Daşbaşı yüksəkliyinin alınmasında böyük rol oynadı. İki nəfər girov əsgərimizi xilas etdi. 1992-ci il ilunun 10-da Sırxavənd kəndi istiqamətində ordumuzun geniş miqyaslı hücumu başlanır. Həmin əməliyyatın təşkilində Seymur həmkəndliləri Həsən, Ələmdar, Fərhad və Bilalla kəşfiyyata getmiş və düşmənin qüvvə və mövqeləri diqqətlə öyrənmişdi. Bu döyüşdə əfsanəvi qəhrəmanlıq göstərən Seymur kəndin azad olunmasında düşmənin bir texnikasını və bir neçə quldurunu məhv etdi.

1992-ci ilin sentyabrında S.Quliyev Ağdərə rayon polis şöbəsinə işə götürüldü. Polis podpolkovniki Güloğlan Məmmədov:

S.Quliyev Sırxavənd kəndindən tanıyırdım. Onun döyüşlərdə göstərdiyi rəşadət məni heyran etmişdi. Kəşfiyyatçı kimi də əvəz edilməz idi. Ona görə də Seymurun Ağdərə polis şöbəsinə qəbul olunmasını məsul yoldaşlardan xahiş etdim. Çox keçmədi ki, S.Quliyev hər bir döyüşdə mənim ümidimi doğrultdu.

Cəsur döyüşçü S.Quliyev Marquşevan, Leninavan, Çaylı, Çardaqlı, Qısavet, Mehmanə, Sərsəng su anbarı, Umudlu, Zəylik, Qozlu, Moqavuz, Dəmirli, Qazançı, Dovşanlı, Manikli, Xatınbəyli və Baş Güney kəndlərinin “vışka”, “qlobus” yüksəkliklərinin erməni quldurlarından təmizlənməsində döyüşlərin önündə getmişdi.

Çıldıran döyüşlərində əvəzediləz xidmətləri olub.

8 may 1994-cü il 3 N-li sovxoz ərazisində düşmənin iri miqyaslı hücumunun qarşısının alınmasında S.Quliyev öndə olan igidlərdən biri idi. Tərtərin işğalını qarşısına məqsəd qoymuş düşmənin mərkli planının pozulmasında S.Quliyevin də xidmətləri danılmazdır. Bu qanlı döyüş onun qəhrəmanlıqlarla dolu döyüş yoluna son döyüş günü oldu. Ölümündən sonra S.Quliyeva komandanlıq tərəfindən Azərbaycan Milli Qəhrəmanı adına təqdimat verildi. Bu onun layiq olduğu addır. Seymur haqqında “Dağlarda şimşək çaxır” kitabı çapdan çıxmış, mətbuat səhifələrində yazılar dərc edilmişdir. Məzarı Bakıxanov qəsəbəsindəki şəhidlər xiyabanındadır.

IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

ANAMA DEYİN GÖZLƏMƏSİN

Nuru Çərkəz oğlu Ağayev 1970-ci ilin yanvarın 13-də anadan olub. Nuru Ağayevlər ailəsinin ikinci oğul payı idi. O gəlişi ilə Çərkəz əmiyə, Fənar xalaya bir dünyaya sevinc gətirmişdi. İncə dodaqlarında təbəssüm dolaşan, qaraqaş, qaragöz, qaraşın, suyuşirin balaca Nuru hamının sevimlisi oldu. Əldən-ələ, qucaqdan-qucağa gəzdi. Əzizlənə-əzizlənə, oxşana-oxşana böyüdü. Orta məktəbi doğma Sırxavənd kəndində qurtardı. Ucaboylu, mehriban, mülayim davranışlı, şən, nikbin təbiətin Nuru dostlarının sevimlisi oldu.

1988-ci ilin yazında Nuru hərbi xidmətə çağrılır. İki illik əsgərlik borcunu Ukraynanın Xmelnitski vilayətində başa vurur. O vaxtlar erməni daşnakları Xankəndində, İrəvan Tetar meydanında gecə-gündüz “Qarabağ bizimdir” deyə qışqırırdılar. Günü-gündən bütün Qarabağ torpağını bürüyən erməni quldurlarının bəd əməlləri Nurunu narahat edirdi. Onun gecəsi-gündüzü fikir içində keçirdi. Nurunun uşaqlıq və əsgərlik yoldaşı Həsən Abdullayev deyir:

-Nuru ilə uşaqlığımız bir yerdə keçib, orta məktəbi də bir yerdə qurtarmışıq. Tale elə gətirdi ki, əsgərlik borcumuzu da bir hərbi hissədə başa vurduq. İki illik əsgərlik dövründə bir günümüz bir il kimi görünürdü. Nuru təşkilatçılığı və bacarığı ilə hamımızdan fərqlənirdi. Biz vətənə tez qayıtmaq üçün yollar axtarırdıq. Nuru ilə dəfələrlə qaçmaq istədik. Amma baş tutmadı. Moskva televiziyası ilə verilən xəbərlər bizi daha da əsəbiləşdirirdi. Elə ona görə də erməni, rus uşaqları ilə dəfələrlə rotamızda mübahisələrimiz düşmüşdü. Nuru vətənpərvərliyi ilə yanaşı, həm də əvəzedilməz dost idi. Dost yolunda canından keçməyə hazır idi. Əlinə düşən bir tikəni bizsiz yeməzdi. Davamını oxu…

« Newer Posts - Older Posts »

Kateqoriyalar